(Zindanda aclıq edən güneyli qardaşlarıma )
Artıq ikinci həftədir ki, Güney Azərbaycanın milli fəalları Təbrizdə və Tehranın Evin zindanında aclıq aksiyası keçirirlər.(Bu sətirlər qələmə alınanda Rəcayişəhər məhbusları da onlara dəstək üçün aclıq aksiyasına başladılar). Ağrı və acı ilə də olsa, amma davam edir bu şərəf mücadiləsi. Hər gün bu əzizlərdən birinin durumunun pisləşməsi haqda xəbərləri eşidərkən yardımçı ola bilmədiyimiz üzündən gerçəkdən utanc hissi keçirir, həm də bu sarsılmaz iradə qarşında baş əyirik. Susan vicdanların soyuqqanlıqla izlədiyi bir insanlıq faciəsi yaşanır Güneyimizdə. (Nə yazıq ki,elə vətənin Quzeyində də oxşar soyuqqanlığın şahidiyik)
Bəs soydaşlarımızı hətta həyatlarını belə gözə alaraq bu ölüm və yaşam savaşına əl atmalarına məcbur edən nədir ?
Zülmmü son həddinə çatıb,yoxsa Güney Azərbaycanda milli haqqlar uğrunda mübarizənin başqa seçimi qalmayıb?
İrandakı prosesləri az-çox izləyənlər yaxşı xatırlayırlar ki, İslam inqilabının gerçəkləşdiyi andan etibarən 34 il ərzində hakimiyyət dairələri tərəfindən İranda milli sorunların olması faktı rədd edilirdi. Bu haqda kiminsə könlündən bir söz demək keçirdisə də dərhal “ İn kare ingilise” deyib onu şəxsi qınağa belə çəkirdilər. Nəhayət son prezident seçkilərində 34 illik susqunluq və inkara söykənən düşüncələr yerini etiraflara verdi . Rejim mənsublari qəbul etməyə başladılar ki, sən demə uzun zamandır bu ölkədə milli məsələ heç də həllini tapmayıbmiş və özü də bu, hələ 1953 cü ildən İranın siyasi həyatından uzaqda qalan ingilislərin də işi deyilmiş. İlk dəfə idi ki, prezidentliyə namizəd Azərbaycan insanına seçiləcəyi təqdirdə ana dilində məktəblər açacağına, Ana yasanın 15 və 19 cu maddələrindəki prinsipləri reallaşdıracağına, Urmu gölü ilə bağlı problemin həll olunacağına dair vədlər də verirdi. Hətta milli məsələlər xüsusunda qalmaqallı 2009-cu il seçkilərindəki namizədlərin sərgiləyə bilmədiyi cəsarət nümayiş etdirilirdi. Və artıq sadəlövh soydaşımın da seçki məntəqələrinə getməsi üçün şərait münbit idi. Nəhayət düşünülmüş texnologiya bəhrəsini verdi,seçkilər keçirildi və məlum nəticələr..
Bəs secicilərəverilən vedler?
Maraqlidir ki, seçkilərdən az sonra həmin verilən vədlərlə bağlı fərqli bir mənzərə üzə çıxdı..
İran ensiklopediyasının elmi heyətinin üzvü Seyid Cavad Təbatəbai başqa olmaqla bir sira "tanınmış yazarlar" o cümlədən neçə neçə Əhmədilər , Bayatlar, habelə İslami Şura məclisinin bəzi üzvləri “ Ana dilində təhsil elə fars dilində təhsil anlamındadır, Bu istəklər yersizdir, Ay haray qoymayın İranzəmin parçalanar!” deyə şüvən qopararaq milli məsələ ilə bağlı həyata kecirilməsi vəd edilən proses qarşısında psixoloji savaş cəbhəsi açdılar. Bir yandan isə prezident yanında milli məsələlərlə bağlı yaradılan yeni müavinliyə keçmiş Ettelaat naziri Əli Yunisi gətirildi!!! Beləcə o seçkilərdən keçən 10 ayı arxada qoyduq. Görünən tablo isə dəyişməz olaraq qaldı. İrəli atıla biləcək hər hansı addımlar bir yana qalsın, hakimiyyət 22 fevralda Beynəlxalq Ana dili günündə bir araya gəlib bu günü əzizləyən onlarla milli mədəni fəalı həbs etməklə verdiyi vədlərdə nə qədər qeyri səmimi olduğunu sərgilədi. Ana dilində məktəb açılacağını özünün seçki vədlərinin prioriteti qərar verən İslam respublikasının hazırkı prezidenti elə məhz bu mədəni istəklə bir araya gələn insanların həbsini nə ilə əsaslandıra bilər əcəba?
Seçki öncəsi qeyri-fars millətlərin haqları ilə bağlı manipulə etmiş( görünən budur) hakimiyyətin gerçək mahiyyəti elə yeganə suçu məhz milli haqlarını tələb etmək olan Səidi, Mahmudu, Lətifi,Yürüşü, Savalanı, Behbudu ağır cəzaya məhkum edəndə də özünü biruzə verdi.(Halbuki bu günlər zindanların küncündə bele milli fəallara qarşı amansızlıqlar davam edir).Ömrünü Azərbaycan musiqisinin təbliğinə həsr edən ağsaqqal sənətçi Həsən Dəmirçini həbs etmək kimi eybəcər hərəkətdən belə çəkinmədi bu rejim mənsubları. Höccətülislam Əziminin həbsi isə islam əbasına bürünənlərin müqəddəs Qurani Kərimi “Şahnamə eynəyilə” oxuduqlarını tam çılpaqlığı ilə aşkara çıxardı. İctihad elminə ay çox vaqif olanlar çox yaxşı bilirlər ki, bir müsəlmanın torpağını qəsb edib məscidlərini tövləyə çevirən işğalçı ilə “bir iynə hecminde bele ticarətin olması haramdır”. Bəs vicdanının səsini dinləyən ruhani Əziminin istəyi elə bu dini ehkama riayət edilməsi deyildimi?
Hele indi sen gəl "Niye Iran kimi islam ölkəsi isgalci Ermənistanla bu qeder isti münasibetlere malikdir?" kimi suali diline getir. Sual agzindan çixmaga macal tapmamis Azerbaycanin Israille münasibetlerini adamin "gözüne soxmaga" baslayirsiniz. Axı sizin dini prinsiplərə söykənməyən, lap ele bu prinsiplere inanmayan Azərbaycan hakimiyyətindən fərqli olaraq həm də “dünya müsəlmanlarının vəliyyi əmri” iddianız da var. Elə isə dünya müsəlmanlarına bu şəkildə vəlilik etmək olarmi? Çox təəsüflər olsun ki, sizin üçün siyasi maraqlar hər zaman dini dəyərlərin fövqündə dayanmışdır. Elə islam dinine bu sekilde yanasmanin sonucu olaraq bu gün IIR "mürted elan edilenlerin" sayina göre Islam dünyasinda liderliye yükselib. Iran gencleri ölkeni terk ederek Avropa ve Amerika ölkelerində oturum almaq ücün kütləvi sekilde xristianlığı qebul edir və islam dininden üz cevirirler . Her ne olursa olsun bütün bunlar islam deyerlerine qeyri semimi yanasmanin sonucu olaraq ortaya cixir. Bəs, Allah rizasına özünüz münsiflik edin. Sizin dünya müsəlmanlarına mesaj verəcək qədər mənəvi haqqınız varmı?
Rüfət Muradlı
Ümid Partiyasinin Xaricdə yasayan həmvətənlər və Diaspora ilə iş üzrə sədr müavini