“Netflix” Ancey Sapkovskinin əsərlərinin motivləri əsasında çəkilmiş “Vedmak” (“Cadugər”) serialının davamının ilk tizerini təqdim edib.
"Qafqazinfo" xəbər verir ki, təqribən 2 dəqiqə sürən videoda serialın əsas personajları, o cümlədən Herald (Henri Kavill), Yennifer (Ani Çalotra) və Siri (Freyya Allan) göstərilib. İyulun 20-nə keçən gecə “Youtube”da yerləşdirilən videoçarx təqribən 4 milyona baxış sayı toplayıb.
Premyeranın dəqiq tarixi hələlik açıqlanmayıb, lakin serialın ilin sonunadək ekranlara çıxacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər