Vəfa Muradzadənin fonda ianə etdiyi maska 20 minə çatdı - Foto

vefa-muradzadenin-fonda-iane-etdiyi-maska-20-mine-catdi
Oxunma sayı: 7515

“Vəfa Collection” şirkətinin rəhbəri, ilk “Made in Azerbaycan” tekstil brendinin yaradıcısı, Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi, riyaziyyatçı, hüquqşünas, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri Vəfa Muradzadə Koronavirusla Mübarizə Dəstək Fonduna daha 10 min tibbi maska ianə edib. 

"Qafqazinfo"nun məlumatına görə, bunu tanınmış iş adamı Vəfa Muradzadə açıqlamasında bildirib.

Qeyd edək ki, V. Muradzadə bundan əvvəl də prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 tibbi maska ianə etmişdi.