Bu gün Bakı Ağır Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstə - Nurəddin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo "nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər.
Vəkillər müdafiə etdikləri şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.
Məhkəmə prosesi iyulun 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan şəxslər dövlət əleyhinə yönələn addımlar atmaqda, silahlı qrup yaratmaqda, dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik yaratmaqda, oğurluqda, quldurluqda ittiham olunurlar.
Son xəbərlər
Son Xəbərlər