“Media forum” saytına danışan vəkil Xalid Bağırov şikayətin aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunduğunu deyib.
Elsevər Mürsəllini ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Elsevər Mürsəlli Bakı İstintaq Təcridxanasında saxlanır.
Gənc fəalın atası Nəsrəddin Mürsəlli oğlunun sosial şəbəkələrdə ötən il prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirir.
Son xəbərlər
Son Xəbərlər