Vəkilindən Navalnının səhhəti ilə bağlı açıqlama

vekilinden-navalninin-sehheti-ile-bagli-aciqlama
Oxunma sayı: 1220

Rusiyalı müxalifət lideri Aleksey Navalnının səhhətindən xəbər var.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, blogerin vəkili onun səhhətinin getdikcə pisləşdiyini, güclü öskürək, yüksək hərarət və sürətli çəki itirmədən əziyyət çəkdiyini bildirib. O qeyd edib ki, Navalnının hərarəti 38,1 dərəcədən aşağı düşmür.

Xatırladaq ki, Navalnı dünən tənəffüs çətinliyi səbəbindən xəstəxanaya yerləşdirilib. O, martın sonunda saxlanıldığı həbsxanada tibbi yardım tələbinin rədd edilməsindən sonra aclıq aksiyasına başlayıb.