Hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etdiyini deyən şikayətçi məhkəmənin onun əleyhinə qərar çıxardığını və bu səbəbdən apellyasiya şikayəti verdiyini bildirib. Apellyasiya da məhkəmə hökmünü qüvvədə saxladıqdan sonra Z.Nəcəfov Apellyasiyadan Ali Məhkəməyə kasasiya şikayəti vermək istəyib. Maddi durumu ilə bağlı vəkil tuta bilmədiyini deyən şikayətçi bu səbəbdən Ali Məhkəməyə müraciət edə bilmədiyini və dövlət hesabına vəkillə təmin olunmasını istəyib. Lakin Bakı Apelyasiya məhkəməsinin mülki işlər üzrə kollegiyasnın hakimi Məmmədov Saqi Əhməd oğlu onu vəkillə təmin etməkdən imtina edib. Hakimin bu qərarından Məhkəmə Hüquq Şurasına şikayət etsə də, Aparat Məsləhətçisi Hafiz Kamranov yazılı formada bildirib ki, qanunvericilikdə Məhkəmə Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyi və əsaslılığını yoxlaması, habelə vətəndaşlardan daxil olan bu tipi müraciətlər əsasında hakimlər barəsində intizam icraatı başlaması səlahiyyəti nəzərdə tutulmayıb. Z.Nəcəfov hazırda vəkillə təmin edilmək hüququnu tanımadığı üçün Apellyasiya məhkəməsinin hakimlərindən şikayətçidir.
Onun sözlərinə görə, daha əvvəl 2011-ci ilin sentyabrında çalışdığı “Azərpoçt” MMC-dən azad edilib.