Vəkillər Kollegiyasında yeni təyinat

vekiller-kollegiyasinda-yeni-teyinat
Oxunma sayı: 3257

Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Aparat rəhbəri – Baş katib təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Orxan Babayev gətirilib.

Qeyd edək ki, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb. 

O, 2018-ci ildən Kollegiyanın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.