Vəkillər namizəd həmkarlarıyla birgə seçicilərə pulsuz hüquqi yardım etdi - Xaçmazda + Fotolar

vekiller-namized-hemkarlariyla-birge-secicilere-pulsuz-huquqi-yardim-etdi
Oxunma sayı: 1895

56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 1-də Xudat şəhər Mədəniyyət evində böyük görüş keçirib.

"Qafqazinfo"nun məlumatına görə, izdihamlı görüşdə V.İsrafilov seçicilərin problemlərini dinləyib, öz platformasını seçicilərin diqqətinə çatdırıb. Vasif İsrafilov cənab prezident İlham Əliyevin xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini Xudat şəhər sakinlərinə və görüşə gələn kənd sakinlərinin nəzərinə çatdırıb.

Görüş zamanı seçicilər rayonun övladı olan Vasif İsrafilova inandıqlarını, bu dəfə hamılıqla onu dəstəklədiklərini, onun seçilməsini arzu etdiklərini, buna görə də seçkidə ona səs verəcəklərini bildiriblər. V.İsrafilov deputat seçiləcəyi təqdirdə seçicilərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.

Eyni zamanda seçicilərin nəzərinə çatdırıb ki, onun tərəfindən hazırki görüş zamanı debat təyin olunub, lakin debata heç bir namizəd gəlməyib. Görüşdən dərhal sonra Bakı şəhərindən gəlmiş vəkillər rayon sakinlərinə pulsuz hüquqi yardım göstəriblər.