Vəkilləri Müsavat başqanının müşavirini axtarır

vekilleri-musavat-basqaninin-musavirini-axtarir
Oxunma sayı: 1186


“Qafqazinfo” xəbər verir ki, Yadigar Sadıqovun müdafiə komitəsinin sədri, hüquqşünas Elman Fətahın AzadlıqRadiosuna verdiyi məlumata görə, bir gün əvvəl Yadigar Sadıqov Şüvəlan təcridxanasından Salyana - «Xələc» həbsxanasına aparılmaq adı ilə çıxarılıb, amma hazırda onun harada olduğu bəlli deyil.

“İyulun 22-də Yadigar Sadiqovun Apellyasiya Məhkəməsi başa çatıb. Qərarın təcridxanaya təqdim edildiyi gün Yadigar bəy Cəza Çəkmə Müəssisəsinə köçürülməli idi. 1 həftədir Şüvəlan təcridxanasının rəisi həm bizə, həm də Yadigar bəyin özünə məlumat verib ki, bölgü üzrə Yadigar bəy qeydiyyatda olduğu yerə yaxın olan, Salyanda yerləşən «Xələc» həbsxanasına düşüb. Dünən, avqustun 2-də saat 12-də Yadigar Sadıqovu Xələcə aparırıq adı ilə Şüvəlan təcridxanasından çıxarıblar. Ancaq «Xələc»ə aparmayıblar. Hara apardıqları haqda nə vəkilləri, nə ailəsi məlumatlandırılmır”.

Yadigar Sadıqov 2013-cü ilin iyununda həbs olunub. 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir.