Vəli Ələsgərovun ölüm xəbəri yayıldı - Yenilənib

veli-elesgerovun-olum-xeberi-yayildi
Oxunma sayı: 13167

Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik nazirinin dünyasını dəyişməsi haqda xəbər yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, manset.az-ın məlumatına görə, keçmiş nazir, general-leytenant Vəli Ələsgərov bu gecə həbsdə vəfat edib.

***

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti isə yaydığı məlumatda Vəli Ələsgərovun hazırda həbsdə olduğunu açıqlayıb. 

Qeyd edək ki, sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.