Vəli Mustafayev işdən çıxarılmayıb - Rəsmi

veli-mustafayev-isden-cixarilmayib
Oxunma sayı: 5423

Baş Prokurorluq Masallı rayonunun prokurorunun işdən çıxarılması barədə xəbərlərlə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, qurumun açıqlamasında deyilir:

“Bəzi kütləvi informasiya vasitələrində Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı  informasiyalar yayılıb.

Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.