Vəli Qasımov cavab matçından danışdı

veli-qasimov-cavab-matcindan-danisdi
Oxunma sayı: 1463

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Şkendiya" - "Neftçi" oyunu öncəsi təmsilçimizin baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı keçirilib.

Qafqazinfo” Futbolinfo.az-a istinadən xəbər verir ki, mütəxəssis nəyə əsasən favorit hesab edildiklərini anlamadığını bildirib.

- Sabah bizi çətin oyun gözləyir. Rəqibin heyətində Avropa səviyyəli oyunçular var. Bizi favorit hesab etmələrinin səbəbini bilmirəm. Şansları bərabər hesab edirəm.

- Rəhman Hacıyevin oyunu sizi qane edirmi?

- Bəli, tələb etdiklərimi ortaya qoyur.

- "Neftçi"nin mərhələ adlamaq şanslarını necə dəyərləndirirsiniz?

- Sabah var gücümüzü ortaya qoysaq, lazımi nəticəni göstərə bilərik.

- Komandanın hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?

- Futbolçuların fiziki durumu məni qane edir. Ancaq hər şey meydanda həll olunacaq.

- İlk oyunda 5 müdafiəçiylə oynadınız. Sabah da eyni taktikadan yararlanacaqsınız?

- Ötən mövsümün sonunda da bu sistemdən yararlandıq. Ancaq "Şkendiya"ya qarşı cavab görüşündə buna ehtiyac duymayacam.