Vəliəhdin yeni planı - Növbədə Qətərdir

veliehdin-yeni-plani
Oxunma sayı: 2522

Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yəmən müharibəsində itirilən pulları Qətərdən “qoparmaq” istəyir.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, şahzadənin Qətərə qarşı hücum barədə gizli görüşlər keçirdiyi üzə çıxıb.

Planın tərtibatı isə vəliəhdə yaxınlığı ilə tanınan, ölkənin Körfəz İşləri naziri Samir Sebhan tərəfindən hazırlanıb. Planda Qətərin mühasirəyə alınması, təzyiqlərin gücləndirilməsi və dislokasiya edilməsi, sonda isə işğalı nəzərdə tutulub.

Qeyd edək ki, S.Ərəbistanı 3 ildir Yəmənə təcavüzünü davam etdirir. Ötən ildən etibarən isə Qətərlə diplomatik münasibətlər dayandırılıb.