“Vəlioğlu-2018” Fonda 10 min ianə etdi

velioglu-2018-fonda-10-min-iane-etdi
Oxunma sayı: 2360

Azərbaycanda Gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan “VƏLİOĞLU-2018” MMC ölkə başçısı İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 10000,00 manat vəsait köçürüb.

"Qafqazinfo" xəbər verir ki, koronovirusla bağlı dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədi ilə şirkət eyni zamanda koronavirusla mübarizə çərçivəsində bütün məhsul anbarlarını, ofis otaqlarını, nəqliyyat vasitələrini müntəzəm olaraq dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması,maska və əlcək ilə təmin edir. Şirkət əhalinin bu sahədə mövcud təminatını nəzərə alaraq məhsul stoklarını artırmaq üçün gücləndirilmiş iş rejimində çalışır.

Məlumat üçün bildirək ki, VƏLİOĞLU-2018 MMC Türkiyənin Məşhur “PREDO” brendinin rəsmi distribüteridir. Şirkət ölkəmizə “PREDO” brendinin Uşaq bezlərinin,yaşlı və ahıllar üçün bezlərin,Nəm salfetlərin, “PREDOX” Yuyucu tozlarının idxalını və dağıtımını həyata keçirir.

Bununla da şirkət Prezident İlham Əliyevin tövsiyələrini əsas tutaraq, hər kəsi sosial həmrəylik nümayiş etdirməyə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən önləyici tədbirlərə qoşulmağa çağırır.