Velosiped oğrusu saxlanıldı

Velosiped oğrusu saxlanıldı
Oxunma sayı: 652

Oğurluqda şübhəli bilinən İmişli rayon sakini D.Cəfərov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərdən birinin həyətindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 25-dən iyulun 13-dək olan müddətdə rayon ərazisindəki 1 zirzəmidən və 1 avtomobildən məişət əşyaları və akkumulyator, habelə 3 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilib.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi