Velosiped yoluna girsəniz, 100 manat verəcəksiniz

velosiped-yoluna-girseniz-100-manat-vereceksiniz
Oxunma sayı: 1992

Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. 

Məcəlləyə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə tətbiq ediləcək.

Zaur Mirzə