“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu gün Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub. Yürüşdə 100-dən artıq peşəkar və həvəskar velosipedçi iştirak edib.
Tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.
Son xəbərlər
Son Xəbərlər