Velosipedçi traktora çırpılıb öldü

Velosipedçi traktora çırpılıb öldü
Oxunma sayı: 1312

Biləsuvar rayonu Səmədabad kənd sakini, 1992-ci il təvəllüdlü Abdullayev Musa İnşallah oğlu kənd ərazisində velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək hərəkətdə olan traktorun qoşqusuna çırpılıb.

"Qafqazinfo" xəbər verer ki, hadisə nəticəsində başından ağır xəsarət M.Abdullayev Biləsuvar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Surxay Şahbazov