Velosipedçini vurub öldürdü

velosipedcini-vurub-oldurdu
Oxunma sayı: 1515

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 22-də saat 8 radələrində qeydə alınıb. 

Şəhər sakini A.Allahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə eyni istiqamətdə velosipedlə hərəkətdə olan kənd sakini İkram Quliyevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Quliyev orada ölüb.

Ucar RPŞ tərəfindən araşdırma aparılır.