Venesiyada fövqəladə vəziyyət elan olundu

venesiyada-fovqelade-veziyyet-elan-olundu
Oxunma sayı: 1369

İtaliyanın Nazirlər Şurası Venesiyada daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün büdcədən 20 milyon avro ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Cüzeppe Konte Tvitter səhifəsində yazıb. Qeyd edilib ki, Venesiyada, həmçinin, fövqəladə vəziyyət elan edilir.

Qeyd edək ki, Venesiyada 187 santimetr yağan yağışlar daşqınlara səbəb olub. Şəhərin 80%-i su ilə örtülüb. Dəyən ziyan milyonlarla avro məbləğində hesablanır.