Bu il 81-ci dəfə təşkil olunan Venesiya Film Festivalında türkiyəli məşhurlar da iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, onlar arasında aktrisalar Dilan Çiçek Deniz, Aslıhan Malbora və fenomen Duygu Özaslan yer alıb.
Onlar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, dəfələrlə dünyanın ən gözəl şəhəri seçilmiş Venesiyada geyimləri ilə göz oxşayıblar.
Qeyd edək ki, Lido adasında təşkil olunan dünyanın ən qocaman beynəlxalq film festivalı sentyabrın 7-də başa çatacaq.
Fotoda Aslıhan Malbora
Fotoda Dilan Çiçek Deniz
Fotoda Duygu Özaslan