Venesuelanın xarici işlər naziri Xorxe Arreasa ölkəni tərk etmək üçün amerikalı diplomatlara 72 saat vaxt verildiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb: “Amerikanın diplomatik heyəti Venesuela ərazisini 72 saat ərzində tərk etməlidir”.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Vaşinqtonun Karakasda qalan bütün diplomatlarını bu həftə geri çağıracağını bəyan edib.
Onun sözlərinə görə, səfirlikdəki diplomatik heyət Amerika siyasətini həyata keçirməyə “mane olan səbəb"dir.
Son xəbərlər
Son Xəbərlər