Venesuela Azərbaycanda səfirlik açmağı planlaşdırır

venesuela-azerbaycanda-sefirlik-acmagi-planlasdirir
Oxunma sayı: 851

Venesuela Azərbaycanda, Qazaxıstanda və Tanzaniyada diplomatik nümayəndəliklər açmağı planlaşdırır.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumat Venesuela mətbuatı yayıb.

Məsələ ilə bağlı hələlik Veneseula hökumətində rəsmi münasibət bildirilməyib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin may ayının 12-də qurulub.