Venesuela bu gündən Braziliya ilə sərhədini açır.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Tarek əl-Ayssami bildirib. Bundan başqa, Aruva adası ilə hava və dəniz sərhədi də açılacaq. Venesuelanın Kolumbiya ilə sərhədi isə bağlı qalacaq.
Vitse-prezident qeyd edib ki, sərhədlərin açılması Venesuela və Braziliya xalqının xeyrinədir və iqtisadi əməkdaşlığı gücləndirəcək.
Son xəbərlər
Son Xəbərlər