Venesuela Milli Məclisinin tvitter hesabı bloklandı

venesuela-milli-meclisinin-tvitter-hesabi-bloklandi
Oxunma sayı: 737

Tvitter Venesuela Milli Məclisinin rəsmi hesabını bloklayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkənin direktoru Cek Dorsi məlumat yayıb.

O, Milli Məclisi şirkət qaydalarını pozmaqda ittiham edib. Bu səbəbdən hesabın fəaliyyəti müvəqqəti olaraq dondurulub. 

Digər tərəfdən, dekabrın 6-da Venesuelada keçirilən parlament seçkilərini boykot edən Milli Məclisin keçmiş spikeri və müxalifət lideri Xuan Quaydonun rəhbərlik etdiyi Milli Məclis Nümayəndələr Komissiyasının hesabı aktiv görünür.