Venesuela OPEK-i təcili görüşə çağırdı

venesuela-opek-i-tecili-goruse-cagirdi
Oxunma sayı: 2000

Neftin qiymətlərinin gələcəkdə düşməsinin qarşısını almağa kömək edəcək fəaliyyətlərin müzakirəsi məqsədilə Venesuela OPEK-i təcili görüş keçirməyə çağırıb.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Venesuela OPEK-dən növbədənkənar görüşün keçirilməsini xahiş edib.

Xatırladaq ki, bu gün neft kəskin ucuzlaşıb. Günorta saatlarında Brent markalı neftin 1 barrelinin qiyməti 28 dollardan aşağı düşüb.