Kolumbiyanın Miqrasiya Xidməti Venesuela ordusundan fərarilik edənlərin sayının 320 nəfərə yüksəldiyini açıqlayıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə xidmət rəhbəri Kristian Kryuqer müsahibəsində deyib:
“Bugünkü gündə 320 nəfər ordudan qaçıb. Hər saat vəziyyət dəyişir. Hazırda 28-dək Venesuela hərbçisi Kukuta şəhərində kömək gözləyir”.
Kryuqer əlavə edib ki, Kolumbiya hökuməti bu gündən Venesuela ilə sərhəddə buraxılış məntəqələrini yenidən açacaq.
Son xəbərlər
Son Xəbərlər