Venesuela parlamentinin birinci vitse-spikeri həbs edildi

venesuela-parlamentinin-birinci-vitse-spikeri-hebs-edildi
Oxunma sayı: 1603

Venesuela parlamentinin birinci vitse-spikeri Edqar Sambrano həbs edilib.

“Qafqazinfo” RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Diosdado Kabelo məlumat yayıb. Sambrano 30 aprel dövlət çevrilişinə cəhdə görə tutulub. Birinci vitse-spiker həbs xəbərinin yayılmasından sonra Tvitter səhifəsində açıqlamasında məlumatı təsdiq edib.

O, SEBİN kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən avtomobilində olarkən saxlanıldığını yazıb.