Venesuelada ABŞ-dan göndərilən silahlar tapıldı - Müharibə başlayır?

venesuelada-abs-dan-gonderilen-silahlar-tapildi
Oxunma sayı: 1569

Venesuelada ABŞ-dan göndərilən külli miqdarda silah-sursat ələ keçirilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, silah-sursat Valensiya şəhərindəki Arturo Michelena adına Beynəlxalq Hava limanının anbarında tapılıb.

DİN rəhbərinin köməkçisi Endes Palensiya silah-sursatın fevralın 3-də Mayami şəhərindən gələn bir təyyarə ilə Venesuelaya gətirildiyinin sübuta yetirildiyini söyləyib.

Faktla bağlı Prokurorluq istintaqa başlayıb.

Xatırladaq ki, müxalifət lideri Xuan Quaido yanvarın 23-də özünü Venesuelanın müvəqqəti prezidenti elan edildikdən sonra ABŞ başda olmaqla 19 Avropa ölkəsi onu bu postda tanıdığını bəyan etmişdi. ABŞ prezidenti Donald Tramp Venesuelaya ordu göndərəcəyini açıqlamışdı.