Venesuelada etirazlar davam edir - 35 ölüb, 700 yaralı

venesuelada-etirazlar-davam-edir
Oxunma sayı: 719

Venesuelada son bir ayda ərzində davam edən aksiyalar zamanı 35 nəfər ölüb, 717 nəfər isə xəsarət alıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Baş Prokurorluq açıqlama yayıb.

İdarə rəhbəri Luis Orteqa Dias aprelin 25-dəki açıqlaması zamanı isə 26 nəfərin həlak olduğunu bildirmişdi.

Ölüm hallarının 18-i paytaxt Karakasda qeydə alınıb. Həlak olanların arasında ikisi polis, dördü isə yetkinlik yaşına çatmayan vətəndaş olub.