Venesuelada etirazlar zamanı bir polis həlak olub

venesuelada-etirazlar-zamani-bir-polis-helak-olub
Oxunma sayı: 695

Venesuelanın Karabobo ştatında kütləvi etirazlar zamanı polis əməkdaşı öldürülüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Fransisko Ameliaç tvitter hesabında paylaşım edib.

Onun sözlərində görə, polis snayperin açdığı atəş nəticəsində həlak olub. Daha bir təhlükəsizlik əməkdaşı isə yaralanıb.

Qubernator müxalifəti cinayətdə və ölkədə zorakılığı yaymaqda ittiham edib.