Venesuelanın paytaxtı Karakasda iki hərbçi oğurlanaraq qətlə yetirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə El-Valye şəhərində törədilib. Cinayətkarlar əvvəlcə oğurladıqları hərbçilərə görə pul tələb ediblər. Ancaq qohumları istənilən məbləği toplaya bilməyiblər. Belə olan halda isə girovlar öldürülüb.
Qeyd edək ki, ilin əvvəlindən Venesuelada cinayətkarlar 7 hərbçini və polis əməkdaşını qətlə yetiriblər.
Son xəbərlər
Son Xəbərlər