Venesuelada hərbçilər prezidentə qarşı qiyam qaldırdılar

venesuelada-herbciler-prezidente-qarsi-qiyam-qaldirdilar
Oxunma sayı: 1584

Venesuelanın paytaxtı Karakasda bir qrup hərbçi prezident Nikolas Maduroya qarşı qiyam qaldırıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə hərbçilərin Karakasın qərbindəki Milli Qvardiyanın qərargahını tutduqlarını əks etdirən videolar yayılıb. Eyni zamanda, hərbçilərin şəhərin rayonlarından birini ələ keçirdikləri iddia edilir. 

Bir qrup insan hərbçiləri dəstəkləmək üçün küçələrə çıxıb. Onlar barrikadalar yaradıblar və hərbçiləri təslim olmamağa çağırıblar. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Qiyamçıların liderinin baş çavuş Valdren Fiqeroa olduğu ehtimal edilir.

Venesuela ordusu yaydığı son məlumatda qiyamçı hərbçilərin təslim olduqlarını açıqlayıb. 

Qeyd edək ki, Nikolas Maduronun yanvarın 10-da Venesuelanın 2019-2025-ci illər dönəmində prezident olmaq üçün andiçməsi olub.