Venesuelada hərbi çevrilişə cəhd - Fotolar+ Yenilənib

venesuelada-herbi-cevrilise-cehd
Oxunma sayı: 2488

Venesuelada müxalifətlə əlaqəsi olan bir qrup əsgər hərbi çevrilişə cəhd edib. Bu barədə ölkənin kommunikasiya və informasiya naziri Xorxe Rodriqes bildirib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, çevrilişə özünü ölkənin müvəqqəti prezidenti elan edən Xuan Quaydo rəhbərlik edir.

Venesuela Qurucu Məclisinin sədri Diosdado Kabello xalqı prezident Nikolas Maduronu müdafiə etməyə çağırıb.

***

Xuan Quaydo tvitter mikrobloqunda yerləşdirdiyi 3 dəqiqəlik videoda xalqı və əsgərləri küçələrə axışmağa çağırıb.

***

Müdafiə naziri Vladimir Lopez hərbi hissələrdə qeyri-adi vəziyyətin yaranmadığını açıqlayıb.

***

Quaydonun çağırışından sonra “Cantv” dövlət internet-provayderi  tvitter, periskop, feysbuk və digər sosial şəbəkələrə girişi bağlayıb.

***

“Röyters” şahidlərə istinadən xəbər verir ki, hazırda Quaydo və tərəfdarları paytaxt Karakasda yerləşən aviabazadadır. Onların olduğu məkanda atışma baş verib. 

Hansı tərəfin atəş açdığı haqda informasiya yoxdur.

***

Karakas metrosunda üç xətt üzrə qatarların hərəkəti dayandırılıb. Bu addım təhlükəsizlik məqsədilə atılıb.