Venesuelanın Koxedes ştatında hərbi təlimlər zamanı silahlı qüvvələrə məxsus vertolyot qəzaya düşüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində 5 hərbçi yaralanıb. İnsident “ABŞ-ın silahlı təzyiqini dəf etmək üçün” keçirilən təlimlər zamanı baş verib. Qəzanın səbəbi bilinmir.
Yaralılara ilkin tibbi yardım göstərilib. Onlara kəllə-beyin travması, döş qəfəsinin və qarın nahiyyəsinin zədələnməsi diaqnozu qoyulub. Həyati təhlükələri yoxdur.
Son xəbərlər
Son Xəbərlər