Venesuelada inflyasiya 100 faizə yaxınlaşır

venesuelada-inflyasiya-100-faize-yaxinlasir
Oxunma sayı: 781

Venesuelada inflyasiya mayın əvvəlinə 92,8% səviyyəsinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Milli Assambleyası istehlak qiymətlərinin indeksi haqqında məruzəsində bildirib.

Bu göstərici apreldə isə 16,5% olub.

Beynəlxalq Valyuta Fondu (BVF) proqnozuna görə,  cari ildə Venesuelada inflyasiya göstəricisi 720 %, 2018-ci ildə isə 2068 %-ə çataçaq.

Qeyd edək ki, ölkə prezidenti Nikolos Maduro  mayın 1-dən minimum əmək haqqının 60 % yenidən artırılması barədə elan edib.