Venesuelada işıqların sönməsi 21 nəfərin ölümünə səbəb olub

venesuelada-isiqlarin-sonmesi-21-neferin-olumune-sebeb-olub
Oxunma sayı: 878

Martın 7-də Venesuelada elektrik enerjisinin kəsilməsi nəticəsində xəstəxanalarda azı 21 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” “Nacional”a istinadən xəbər verir ki, 15 nəfər Monaqas ştatında, 4 nəfər Karakasda, 1 nəfər Marakayda, 1 nəfər isə Marakayboda ölüb. 

Qeyd edək ki, Bolivar ştatında Simon Bolivar adına SES-də təxribat nəticəsində ölkə qaranlığa qərq olmuşdu.