Venesuelada İspaniya səfirliyinə hücum olub

venesuelada-ispaniya-sefirliyine-hucum-olub
Oxunma sayı: 707

Venesuelanın paytaxtı Karakasda İspaniya səfirliyinə naməlum şəxslər tərəfindən basqın olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb.

İlkin məlumata  görə, iki naməıum şəxs motosikletlə səfirliyin binasına yaxınlaşaraq yandırıcı maddələr atıblar. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.