Venesuelada 30 aprel – 1 may nümayişləri zamanı 5 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda BMT-nin İnsan haqları üzrə Ali Komissiyasının rəsmi nümayəndəsi Ravina Şamdasani məlumat yayıb.
Ölənlərdən 3-ü 15-16 yaşlı yeniyetmə, biri 27 yaşlı qadındır. Onlar güllələnərək qətlə yetiriliblər. Bundan başqa, 239 mitinqçi yaralanıb. Onlardan 18-i odlu silah yarası alıb. 240 nəfər, o cümlədən 17 nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
İlin əvvəlindən isə Venesuelada dövlət çevrilişinə cəhd edən 49 etirazçı öldürülüb, minədək insan yaralanıb.
Son xəbərlər
Son Xəbərlər