Venesuelada polis helikopteri düşdü, general öldü - Video

venesuelada-polis-helikopteri-dusdu-general-oldu
Oxunma sayı: 1150

Venesuelanın Marakaybo şəhərində helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, “Plaza de Toros” stadionuna düşən təyyarədə pilot Luis Urdaneta və 11-ci Bölgə generalı Alfonso Torres Paez ölüb.

Zulia əyalətinin bölgə komandiri və bir zabit isə ağır yaralanıb.

Hazırda qəzanın səbəbi araşdırılır.