Venesuelada toqquşmalarda 5 hərbçi yaralanıb

venesuelada-toqqusmalarda-5-herbci-yaralanib
Oxunma sayı: 798

 Venesuelanın paytaxtı Karakas şəhərində müxalifət lideri Xuan Quaydonun rəhbərliyi ilə keçirilən etiraz nümayişlərində 5 hərbçi xəsarət alıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə prezident Nikolas Maduro televiziya vasitəsilə xalqa müraciətində bildirib. 

Onun sözlərinə görə, Altamir meydanında baş verən toqquşmada yaralanan hərbçilərdən ikisi ağır vəziyyətdədir.