Venesueladakı hadisələrə rəsmi Kremldən münasibət

venesueladaki-hadiselere-resmi-kremlden-munasibet
Oxunma sayı: 1596

Rusiya hazırda Venesuelada yaşanan siyasi gərginliyə münasibət bildirib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov danışıb. O, rəsmi Kremlin Venesueladakı olayları beynəlxalq hüquq prinsiplərinə və əsaslarına zidd hesab etdiyini deyib: “Üçüncü ölkələrin Venesuelanın daxili işlərinə qarışmasından narahatıq. Hesab edirik ki, belə müdaxilələr yolverilməzdir və mənfi nəticələrə gətirib çıxaracaq”. 

Mətbuat katibi onu da əlavə edib ki, hazırkı siyasi böhranla əlaqədar Maduro və Putin arasında telefon danışığı ola bilər və söhbət baş tutarsa, təfərrüatlar barədə məlumat veriləcək. 

Daha sonra Kreml rəsmisi Nikolas Maduronun dekabrda Moskvaya gəlişini xüsusi vurğulayaraq Karakasın Rusiya üçün mühüm iqtisadi tərəfdaş olduğunu qeyd edib. 

Aysel Kərimova