İspaniya polisi Venesuelanın keçmiş energetika naziri Xavyer Alvarado Oçoanı ABŞ-ın orderi əsasında həbs edib.
“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, Ştatlarda Alvaradonu Venesuelanın neft şirkəti “PDVSA”da çirkli pulların yuyulmasında günahlandırırlar.
Bildirilir ki, keçmiş məmur Madriddəki evinin yaxınlığında həbs edilib. İspaniya məhkəməsi Alvaradonun ABŞ-a ekstradisiya məsələsi həll olunmayana qədər onu nəzarətdə saxlayacaq.
Bundan əlavə, Portuqaliya hakimiyyəti Alvaradonu “PDVSA” şirkətinin Lissabon bankındakı hesablarla bağlı rüşvətxorluqda şübhəli bilir. Andorra da keçmiş naziri çirkli pulların yuyulmasında ittiham edir.
İspaniyada Alvarado ilə bağlı iki araşdırmaya başlanılıb: korrupsiya və çirkli pulların yuyulmasına görə.
Son xəbərlər
Son Xəbərlər