“Venesuelaya göndərilən humanitar yardım “Troya atı”dır (müharibədə qalib gəlmək üçün işlədilən hiylə-red.)”.
"Qafqazinfo” xəbər verir ki, bunu Boliviya prezidenti Evo Morales Tvitter səhifəsində yazıb: “Təəssüf ki, Venesuelaya göndərilən humanitar yardımdan müharibəyə təhrik üçün “Troya atı” kimi istifadə etmək istəyirlər. Latın amerikalı qardaşlar isə bu hərbi müdaxilənin vasitəçisi ola bilməzlər. Venesuelanı qorumaq – Latın Amerikasının suverenliyini qorumaq deməkdir”.
Qeyd edək ki, sabahdan Venesuelaya humanitar yardımlar göndəriləcək. Prezident Nikolas Maduro isə həmin yardımları ölkə ərazisinə buraxmayacağını bildirib.
Son xəbərlər
Son Xəbərlər