“Verder” Pizzaronun qolu ilə “İnter”i məğlub etdi

verder-pizzaronun-qolu-ile-interi-meglub-etdi
Oxunma sayı: 748

Antalyada təlim-məşq toplanışında olan Bakı “İnter”i bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “Riu Kaya Belek” otelinin stadionunda baş tutan oyunda “bankirlər”in rəqibi Almaniyanın Bundesliqa təmsilçisi “Verder” olub.

Matçın taleyini 1 qol həll edib. Belə ki, Klaudio Pizarronun 42-ci dəqiqədə vurduğu qol təmsilçimizin məğlubiyyətinə səbəb olub.