Verdiyi proqnoz düz çıxdı, gündəm oldu... - Video

verdiyi-proqnoz-duz-cixdi-gundem-oldu
Oxunma sayı: 7078

Türkiyəli keçmiş futbolçu Batuhan Karadeniz ötən gün AÇ-2024-ün 1/8 finalında Türkiyənin Avstriyaya qarşı keçirdiyi oyundan öncə dəqiq proqnoz verib.

“Qafqazinfo” xəbər verir ki, o, komandasının qol vuracaq futbolçusunun adını öncədən düz təxmin edib. 

Belə ki, B.Karadeniz Merih Demiralın başla fərqlənəcəyini bildirib. 

Türkiyə yığması matçda 2:1 hesablı qələbə qazanıb. Hər iki qolun müəllifi Merih Demiral olub. O, ilk qolu birinci dəqiqədə ayaqla, ikinci qolu isə 59-cu dəqiqədə başla rəqib qapısından keçirib. 

Nəticədə Türkiyə yığması Avropa çempionatının 1/4 final mərhələsinə adlayıb.