“Qafqazinfo” xəbər verir ki, mütəxəssislər tərəfindən vərəm nədir, vərəmə kim yoluxa bilər, xəstəliyin simptomları və səbəbləri, müalicə və profilaktikası, özünü və yaxınlarını vərəmdən necə qorumaq haqda əyani şəkildə slaydlarla dolğun məlumat verilib. Qeyd olunub ki, hər il dünyada 9 milyon insan vərəmə yoluxur və 1,7 milyon xəstəlikdən ölür. Heç kim bu xəstəlikdən sığortalanmayıb. Hər bir insan vərəmə yoluxa bilər.
3 həftə və ya daha artıq ərzində öskürək; döş qəfəsində ağrılar, hərarət; zəiflik, arıqlama, gecə tərlmələri kimi əlmətlər müşahidə olunarsa, vərəm xəstəliyi olması barədə şübhələrə əsas var.
Vərəmin diaqnostikası və müalicəsi Azərbaycanda pulsuzdur. Vərəmli xəstə ilə təmasda olan şəxs mütləq bəlğəmin müayinəsi, döş qəfəsinin rentgen müayinəsi, tuberkulin sınağı müayinəsindən keçməlidir. Ağ ciyər vərəminin müalicəsi uzunmüddətli və məsuliyyətli prosesdir.
Tam sağalma üçün xəstə insan 6-8 ay ərzində gündəlik dərman qəbul etməlidir. Müalicə zamanı ən qısa müddətli fasilələr belə vərəmin ağırlaşmasına və sağalma üçün şansların azalmasına gətirib çıxardır.
Hər bir şəxs sanitar-gigiyenik qaydalara əməl etməlidir, qidalanmaya fikir verməlidir ki, immun sistemi zəyifləməsin, bədəni xəstəliyə duçar olmasın.
Tədbir iştirakçıları nəqliyyatda, şadlıq saraylarında, ofis, internet-klublarda ventilyasiyanın olmamasından gileyləniblər, immunitetin zəyifləməsinə dah çox səbəb vətəndaşın istehlak səbətinin aldığı əmək haqqından qat-qat aşağı olmasını göstəriblər. Xəstəliklə mübarizə və yayılmasının qarşısını almaq istiqamətində iştirakçıların rəy və təklifləri dinlənilib, verilən suallar həkimlər tərəfindən cavablandırılıb.
Son xəbərlər
Son Xəbərlər