“Vergi dostları” şəbəkəsi yaradılır

vergi-dostlari-sebekesi-yaradilir
Oxunma sayı: 644

Layihə çərçivəsində Xaçmazda vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və ünvanlılığının artırılması məqsədi ilə tədbir keçirilib.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov layihə barədə AzərTAc-a məlumat verərək bildirmişdir ki, əsas məqsəd Ərazi Vergilər İdarələrinin və Xidmət Mərkəzlərinin yerləşdiyi şəhərlər istisna olmaqla, ətraf kənd və qəsəbələrdə vergi mədəniyyətini formalaşdırmaq, məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinə dəstək verməkdir.

Qeyd edilmişdir ki, kənd və qəsəbələrdəki orta ümumtəhsil məktəblərinin müəllimləri arasından “Vergi dostları” şəbəkəsinə qoşulmaq istəyənlər seçilməkdədir. Xüsusi meyarlar əsasında seçiləcək müəllimlərə müvafiq sertifikatların veriləcək, onlar mütəmadi olaraq Vergilər Nazirliyi tərəfindən treninqlərə cəlb olunacaqlar.