Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklikləri təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, Məcəllənin bir sıra maddələrinə aşağıdakı dəyişikliklər edilib:
1. 164.1.27-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.28-ci maddə əlavə edilsin:
“164.1.28. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 5 il müddətinə.”.
2. Aşağıdakı məzmunda 165.1.7-ci maddə əlavə edilsin:
“165.1.7. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2016-cı il mayın 1-dən 5 il müddətinə.”.
Son xəbərlər
Son Xəbərlər